Menu
Geri İrəli

Ermənilər Azərbaycana təslim olmaq istəyən əsgəri güllələdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2012 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur
Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətindən Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçmək istəyib.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə bu gün baş verib.

 

 

Hadisənin şahidi olan sakinlərin APA-ya verdikləri məlumata görə, həmin hərbçi qoşunlar arasındakı neytral ərazidə Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə tutulub. Onun ölüb, yaxud yaralandığı məlum deyil.

 

Qeyd edək ki, indiyədək analoji hal Ermənistan Ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinin əsgərləri tərəfindən bir neçə dəfə təkrarlanıb.

lent.az

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın