Menu
Geri İrəli

Erməni kəşfiyyat qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınıb

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2014 • Baxış sayı: 492 dəfə • Şərh yoxdur

Azerbaycan esgeri 031012Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 50 dəfə pozublar.

Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.

Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə tutulub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Son günlər cəbhədə baş verən gərginlik fonunda Ermənistan KİV-də verilən məlumatlarla bəzi yerli ekspertlərimizin səsləndirdikləri fikirlərin üst-üstə düşməsi təəssüf hissi doğurur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın