Menu
Geri İrəli

General cəzalandırıldı, bir hərbiçinin rütbəsi endirildi, ikisi azad olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2013 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur
Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir sıra əmrlər imzalayıb.


Müdafiə Nazirliyindəki mənbələrdən APA-ya daxil olan məlumata görə, naziri əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib.

 

Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.

 

 

Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın