Menu
Geri İrəli

Həbsxanada iğtişaşlar zamanı 3 məhbus ölüb

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2015 • Baxış sayı: 221 dəfə • Şərh yoxdur

1Qarışıqlıq axşam saatlarında başlayıb.

ABŞ-da həbsxanaların birində iğtişaşlar zamanı 3 məhbus ölüb, daha 5-i  yaralanıb.

xarici KİV-ə istinadən xəbər verilir ki, hadisə Oklahoma ştatının Kuşinq şəhərində təhlükəli cinayətkarlarının saxlanıldığı Simarron həbsxanasında baş verib.

Türmə Tennesidə yerləşən Corrections Corporation of America şirkətinə məxsusdur.

Şirkət nümayəndəsi Stiv Ovenin sözlərinə görə, qarışıqlıq sentyabrın 12-si axşam saatlarında başlayıb və təxminən 40 dəqiqə davam edib.

İnsident zamanı həbsxana işçilərindən heç kimə zərər dəyməyib. Yaralı məhbuslar xəstəxanaya yerləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın