Menu
Geri İrəli

İki övladı iflic olmuş sumqayıtlı ananın fəryadı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 214 dəfə • Şərh yoxdur

Sumqayıt sakini dövlət başçısından yardım istəyir

Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 14, mənzil 20-də yaşayan Seyidəmirova Səbinə Abbas qızı redaksiyamıza yazıb bildirir ki, 14.07.2008-ci ildə anadan olmuş (6 yaşlı) övladı Seyidəmirli Tərgül Malik qızı və 11.10.2010-cu il təvəllüdlü Seyidəmirli Hüseyn Malik oğlu (3 yaşlı) anadangəlmə “Serebral iflic” xəstəliyi ilə doğulmuşlar. Övladlarımın 3 və 6 yaşları olmasına baxmayaraq ayağa qalxmaq və yerimək imkanlarından məhrumdurlar. Respublikanın bütün tibb müəssisələrində müalicə almasına baxmayaraq heç bir nəticə əldə olunmayıb.
“İmkansızlığımıza baxmayaraq mərhəmətli yaxınlarımızın köməkliyi ilə həkimlərin yazmış olduğu bütün dərmanları alıb övladımızın müalicəsini etdirmişik. Davamlı olaraq bütün fizioterapevtik üsullarla da tibb müəssisələrində müalicə etdirdik. Təəssüflər olsun ki, müalicələr heç bir nəticə vermədi. Səhiyyə nazirliyindən aldığımız məlumata görə uşaqların yaşı az olduğundan onların müalicəsi Almaniya və İsraildə mümkündür. Hər uşağın əməliyyatına 30.000 manat tələb olunur”, deyən S. Seyidəmirova qəzetimiz vasitəsi ilə prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət edərək, övladlarının müalicəsində onlara yardımçı olmalarını xahiş edir. “Bizim yol”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın