Menu
Geri İrəli

İnternet asılılığı: həkimə ehtiyacınız var

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2013 • Baxış sayı: 284 dəfə • Şərh yoxdur

Bu, bir xəstəlikdir

İnternet asılılığı. Zarafat deyil. Artıq ciddi xəstəliyə çevrilməkdədir bu. Dünyada minlərlə insan klinikalara gedərək internet asılılığından xilas olmaq üçün müalicə alır. İnternet asılılığı elə xəstəlikdir ki, buna insan özü də bilmədən, fərqinə varmadan tutulur. Bəs internet asılılığına tutulub-tutulmadığınızı necə öyrənə bilərsiniz? Aşağıda sizə siyahı təqdim edəcəyik. Əgər siz bunları edirsinizsə, deməli artıq xəstəliyə yoluxmusunuz.

 

- Davamlı olaraq internet barəsində düşünmək (internet girəndə nə edəcəyəm, nə yazacağam və s.)

 

- Həzzi almaq üçün daha çox internet istifadə etmək ehtiyacı hiss etmək.

 

- İnternetdən istifadəni nəzarət altında saxlamaq – azaltmaq, yaxud tamamilə dayandırmağa yönələn cəhdlərin boşa çıxması.

 

- İnternetdən istifadəni dayandırdıqda narahatlıq, əsəb gərginliyi keçirmək.

 

- Planlaşdırdığınızdan daha uzun müddət internetdə qalmaq.

 

- İnternetdən həddindən artıq istifadəyə görə ailədə, universitetdə, işdə və dostlar arasında problemlər yaşamaq, təhsil, yaxud karyera ilə bağlı hansısa bir fürsəti buna görə təhlükəyə atmaq, yaxud tamamilə itirmək.

 

- Başqalarına (ailə, dostlar, terapist və s.) internetdə keçirdiyiniz vaxtla bağlı yalan söyləmək.

 

- İnterneti problemlərdən uzaqlaşmaq ( məsələn, çarəsizlik, günahkarlıq, depressiya, qayğılar) üçün istifadə etmək.

 

Bu kriteriyalar internet asılılığı ilə bağlı araşdırmaların müəllifi olan Dr. Kimberly Young tərəfindən müəyyənləşdirilib. Dünyanın bir çox xəstəxanalarında müalicə üçün müraciət edənlərə bu suallar verilir. Bunlar 3-4-ü sizə uyğun gəlirsə, deməli vəziyyətiniz kritikdir. Psixoloqa müraciət etməyinizdə fayda var.

 

Bəs uşaqlarının internet asılılığından narahat olan valideynlər nə etməlidir? Onlar üçün də bəzi məsləhətlər təqdim edirik:
Panikaya düşməyin

 

İnternetdən çox istifadə asılılığın tək göstəricisi deyil. Mühüm olan internetdən çox istifadə etdikcə baş verən davranış dəyişiklikləridir. Uşaqlar üçün ən spesifik göstərici yalan danışmaqdır. Məktəbdən qaçmaq, dərslərə həvəsin azalması, dost-ailə münasibətlərində dəyişikliklərin olması təhlükənin ayaq səsləridir.

 

İki yaşındakı uşaq internetə girməsə də olar

 

4-5 yaşına qədər uşağınızın əsas ehtiyacı olan şey sizin sevginizdir. Onun internet alışqanlılarına elə bu yaşlardan nəzarət etməlisiniz.
Hansı oyunlar?

 

12 yaşına qədər uşaqların içərisində işgəncə olan oyunlar oynamağı məsləhət deyil.

 

Qadağalar şərtdir

 

Mütəxəssislər evin içində müəyyən qaydaların qoyulmağının problemlər yaratdığını deyirlər. Amma ara-sıra sərt olmaqdan, qadağalar qoymaqdan çəkinməyin. Ana və ata olaraq sözü bir yerə qoyun və qarşısında divar kimi sağlam durun.

 

Cəza vermək

 

Onunla danışıb, kompüteri bir müddətlik yığışdırmaq yaxud xərcliyini azaltmaq effektiv ola bilər.
Unutmayın ki, mütəxəssislər sizə bir yerə qədər kömək edə bilər. Sizin evdəki davranışlarınız, qoyduğunuz qaydalar çox mühümdür.

 kulis.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın