Menu
Geri İrəli

Manatla olan əmanətlərin həcmi artdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Avqust 2015 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur

manat-10

AMB – nin son hesabatı.

2015-ci il iyulun 1  -nə olan məlumata görə, fiziki şəxslərin bank əmanətlərinin həcmi 7 milyard 653,6 milyon manat təşkil edib. Bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 933 milyon manat və ya 14% çoxdur.

Bu barədə Oxu.Az - a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bundan başqa, milli valyuta ilə bank əmanətlərinin həcmi 2 milyard 179,9 milyon manat, xarici valyutada isə 5 milyard 473,6 milyon manat təşkil edib.

Qeyd edək ki, son bir ayda fiziki şəxslərin milli valyutada olan bank əmanətlərinin həcmi 7,3 milyon manat artıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın