Menu
Geri İrəli

Novxanı bağları suya qərq olub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2014 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərinin bələdiyyə sədri Əbülfəz Babayev: “Orada ümumiyyətlə kanalizasiya suları ilə bərabər qrunt sularının həcmi artıb”
novxani
Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar deyiblər. Ancaq Sumqayıt şəhəri Novxanı bağları dağdan da, bağdan da çox, su hövzəsi ola bilər. Özü də baxımsızlıqdan yox, bağları basan mənbəyi bilinməyən sulardan. Sakinlər deyrlər ki, artıq 3 həftədən çoxdur gələn suyun həcmi günbəgün artır. Ancaq bunun səbəbi qrunt sularının üzə çıxmasıdırmı, kanalizasiya sularıdır, yoxsa içməli su – müəyyən etmək çətindir. Suyun haradan gəldiyini biz də sakinlərlə bərabər müəyyənləşdirməyə çalışdıq. Ancaq bir çox həyəti gəzsək də, suyun mənbəyi ilə rastlaşmadıq. Ərazidə olan bəzi ev və həyətyanı sahələrin hasarları, demək olar ki, artıq çöküb. Bir qismi isə qəzalı vəziyyətdədir.

Su həyətlərlə yanaşı, küçələri də doldurmuşdu ki, bu da hərəkəti çətinləşdirirdi. Sakinlər mövcud vəziyyətlə bağlı aidiyatı qurumlara da dəfələrlə müraciət ediblər.

Elə biz də bunun nə dərəcədə həqiqət olduğunu müəyyənləşdirmək üçün ilk olaraq üz tutduq Sumqayıt şəhər bələdiyyəsinə. Qurumun sədri Əbülfəz Babayev sakinlərin müraciətinə baxıldığını və suların haradan gəldiyini müəyyənləşdirildiyini bildirdi. Ancaq problemi aradan qaldırmaq elə də asan deyil.

Sumqayıt şəhərinin bələdiyyə sədri Əbülfəz Babayev: “Orada ümumiyyətlə kanalizasiya suları ilə bərabər qrunt sularının həcmi artıb”.

Bələdiyyə sədri onu da bildirdi ki, problemlə əlaqədar məsul qurumlar qarşısında məsələ də qaldırılıb. Nəticə də, demək olar ki, var. Artıq Sumqayıt şəhər su kanalizasiya idarəsi tərəfindən Novxanı bağlarında iş aparılır. Yəni tezliklə bağlar ərazisində kanalizasiya sistemi yenidən qurulacaq. Təki o vaxta qədər bağlar sahəsi göllər məkanına çevrilməsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın