Menu
Geri İrəli

Polietilen məhsulları təhvil verək – Əvəzində zibil qutuları alaq

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2015 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur

Polietilen məhsulları təhvil verək - Əvəzində zibil qutuları alaq

Amerikada aparılan ən son araşdırma ekoloq alimlərin böyük reaksiyasına səbəb oldu. Araşdırma nəticəsində məlum oldu ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə – 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir.
Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərərin sayı hesaba gəlməyəcək qədər çoxdur.
Nə qədər ki bu sellofan torbalar gündəlik həyatımızdadır, gəlin birlikdə gücümüzü ortaya qoyaq, gündəlik istifadə etdiyimiz bu polietilen məhsulları toplayaq və onu təkrar emala verib əldə etdiyimiz vəsaitlə zibil qutuları olmayan sahələrə zibil qutuları alaq. Bunun üçün bir ay vaxtımız var. Bu zaman ərzində evdə hər gün atmaq üçün ayırdığınız polietilenləri atmayın, toplayın və oktyabrın 11-də bizə təhvil verin.
Tədbir qeyd edilən tarixdə, saat 10:00-dan 19:00-dək N.Nərimanov metrostansiyasının yaxınlığındakı Nərimanov parkında olacaqdır.
E-poçt: chevre.dostu@gmail.com
Tel: 0552069026 - Sərxan,
0554537723 – Taleh
Facebook Şərhləndirmə:

Şərhinizi yazın