Menu
Geri İrəli

Prezident Sumqayıta olub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 1,131 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyevin bu gün Sumqayıta səfəri başlayıb. 

 SalamNews xəbər verir ki, ölkə başçısı şəhərinin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Dövlət başçısının “Azərsun Holdinq”in Karton zavodunda, o cümlədən bir sıra sosial obyektlərin və dənizkənarı parkın yenidən təmirdən sonra açılışında iştirakı nəzərdə tutulur.

Bildirək ki, ölkə başçısının səfərindən əvvəl Sumqayıtda mərkəzi küçə və prospektlərdə abadlıq işləri görülüb. Yollarda avtomobillərin hərəkətini nizamlayan zolaqlar yenilənib. Həmçinin bir sıra prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə ötən il oktyabrın 3-də Sumqayıta səfər edib. Səfər çərçivəsində “Sağlam qida” aqrar-sənaye kompleksinin və Sumqayıt Şəhər Xəstəxanasının açlışında iştirak edib. Eyni zmanda “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olub.

ilham aliyev sumqayitda

Facebook Şərhləndirmə:

Şərhinizi yazın