Menu
Geri İrəli

SAM Sumqayıt hadisələrinə həsr olunan dəyirmi masa keçirib – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2014 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur
Share Button

samPrezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr edilən “Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Gün.Az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və gənclər iştirak ediblər.

Çıxışlardan öncə Sumqayıt hadisələrinə həsr olunan sənədli film nümayiş olunub.

SAM-ın rəhbəri Fərhad Məmmədov Sumqayıt hadisələrindən danışaraq bildirib ki, 1988-ci il fevralın 28-də baş vermiş hadisə Azərbaycan tarixində böyük faciələrə gətirib çıxardı.

“Çünki məhz bu hadisədən sonra Dağlıq Qarabağ münaqişəsi istiqamətində ermənilərin fəaliyyəti daha da fəallaşdı. Onlar bu hadisələri önə çəkərək fəaliyyətlərinə legitimlik donu geydirməyə çalışırlar. Sumqayıt hadisələri həm də SSRİ miqyasında yeni bir prosesin başlanğıcı oldu” – deyə, SAM rəhbəri bildirib.

Sumqayıt hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan tərəfindən böyük işlərin aparıldığını deyən F.Məmmədov bildirib ki, bu hadisəyə obyektiv yanaşmanın təmin edilməsi, Dağlıq Qarabağ hadisələri barədə dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılması üçün tədbirlər davam etdirilməlidir.

Baş prokurorun birinci müavini Rüstəm Usubov Sumqayıt hadisələri haqqında məlumat verərək bildirib ki, Sumqayıtda törədilmiş cinayətlərlə bağlı aparılmış istintaq və məhkəmə prosesləri zamanı onların əsl günahkarları məsuliyyətə cəlb olunmayıb.

O, qeyd edib ki, Sumqayıt hadisələri ilə bağlı MTN, Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb.

“İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmayıb, gizlədilib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb, onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb. Məqsəd Sumqayıt hadisələrinin günahkarlarını, əsasən də təşkilatçılarını üzə çıxarmaqdır” – deyə, R.Usubov qeyd edib.

Millət vəkili Asim Mollazadə bildirib ki, bu gün Azərbaycana qarşı böyük kampaniya aparılır. Məqsəd Azərbaycan torpaqlarını parçalamaq və onu ələ keçirməkdir.

“Azərbaycan xalqı buna hazır olmalıdır və hər cür təxribatın qarşısını almağı bacarmalıdır” – deyən millət vəkilinin sözlərinə görə, tək Qarabağda və Sumqayıtdakı hadisələr deyil, Ermənistanda yaşayan azərbaycanlılara qarşı da ermənilərin bütün cinayətləri araşdırılmalı və öz hüquqi, siyasi qiymətini almalıdır.

Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı “Qriqoryanın işi” kitabının təqdimatı da keçirilib.

Kitabın müəllifi İbrahim Məmmədovun sözlərinə görə, kitabda Sumqayıt hadisələri ilə bağlı aparılan araşdırmaların nəticələri yer alıb.

“Bütün fakt və sənədlərlə sübut edilib ki, Sumqayıt hadisələri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribatdır. Araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi-xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıqlar görüblər. Kitab artıq rus dilinə tərcümə olunub və yaxın həftələrdə işıq üzü görəcək. Daha sonra kitab ingilis dilinə də tərcümə edilərək çap etdiriləcək”- deyə, müəllif diqqətə çatdırıb.

Millət vəkili Aydın Mirzəzadə də sözügedən kitabın əhəmiyyətindən danışaraq bildirib ki, Sumqayıt hadisələri ilə bağlı aparılan araşdırmaların nəticələri Azərbaycanın tarix dərsliklərinə salınmalıdır.

Çıxış edən digər natiqlər də Sumqayıt hadisələrinin dəqiq öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından kitabın əhəmiyyətini qeyd edərək onun xarici dillərə tərcümə edilməsinin vacibliyini qeyd ediblər.

Babək Cahandarov
Gün.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın