Menu
Geri İrəli

Sumqayıtda kitab bayramı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2014 • Baxış sayı: 563 dəfə • Şərh yoxdur

kitab-bayrami-213 may 2014-cü ildə Sumqayıtda H.Əliyev abidəsinin ətrafında Ulu Öndərin doğum günü ilə bağlı son illər ənənəvi olaraq qeyd edilən kitab bayramı keçirildi.

Ədəbiyyatı təbliğ etmək, gənc nəsildə kitaba məhəbbət aşılamaq məqsədi ilə şəhərdə ənənəvi olaraq bu səpkidə tədbirlər keçirilir. Budəfəki tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişdir.

Tədbirdə şəhər rəhbərliyi, şəhər ictimaiyyəti və minlərlə şəhər sakini iştirak etmişdir.

Bayramda müxtəlif janrlı və məzmunlu kitablar təqdim olunmuşdur. Tərtibatın özü də informasiya-maarif xarakteri daşımışdır. Meydanda kitablarla dolu stendlər, rəflər düzülmüşdür. Fondunda təxminən 700 minə yaxın nüsxə kitab saxlanılan Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ilə birlikdə yarmarkada M.F.Axundzadə adına Milli Kitabxana da iştirak etmişdir. Alıcılara son illər latın əlifbası ilə müxtəlif janrlarda nəşr olunmuş təxminən 10 mindən çox nüsxə kitab təklif edilmişdir. Burada Heydər Əliyev Fondunun nəşrləri  nümayiş etdirilmişdir. Kitab bayramında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərə geniş yer verilmişdir. Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının hazırladığı tamaşa bayramı daha da maraqlı etmişdir. Tamaşada populyar ədəbi qəhrəmanlar sözün və kitabın mənası və əhəmiyyəti haqqında fikirlər, kəlamlar və aforizmlər səsləndirmişlər. Bu tədbir minlərlə şəhər sakininin marağına səbəb olmaqla yanaşı onlarda kitaba olan həvəsi daha da artırmışdır. Bayram konsert proqramı ilə davam etmişdir.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın