Menu
Geri İrəli

Sumqayıtın keçmiş polis rəisi xidməti avtomobili ilə ağır qəzaya düşdü: 3 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2014 • Baxış sayı: 915 dəfə • Şərh yoxdur

Bakı şəhərinin Xətai rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Cəfərov Fərid Fariz oğlunun idarə etdiyi “BMW”, Xətai rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılovun xidməti avtomobili olan 90 AP 112 nömrə nişanlı “Hyundai Sonata”ya çırpılıb. Nəticədə polis polkovniki Əkbər İsmayılov, onun sürücüsü, polis serjantı Nəsib İsgəndərov, eləcə də “BMW”-nin sürücüsü Fərid Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.

Hunday-qezasi-avariya

Facebook Şərhləndirmə:

Şərhinizi yazın