Menu
Geri İrəli

Sumqayıtlı dindarlar İlham Əliyevə məktub yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərinin din adamları Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb

Sumqayitxeber.com xəbər verir ki, məktubda deyilir:
“Biz Sumqayıt dindarları Sizin şəhərimizə olan xüsusi diqqət və qayğınızı daim hiss edirik. Biz qürur duyuruq ki, Siz Allahın hökmü ilə ölkəmizə rəhbərlik edərək, dinimizə və dindarlara belə hörmətlə, rəğbətlə yanaşırsınız. Əgər sovet dövründə Azərbaycanda cəmi 18 məscid var idisə, ulu öndərin və Sizin uğurlu fəaliyyətinizin nəticəsində hazırda ölkəmizdə 2 mindən çox məscid tikilib istifadəyə verilmişdir. Bu, sözün həqiqi mənasında tarixi bir nailiyyətdir və Heydər Əliyev siyasətinin, Sizin dinimizə olan xüsusi diqqətinizin bariz nümunəsidir.

Sizin sayənizdə Sumqayıt Cümə məscidi ən yüksək səviyyədə yenidən quruldu, məsciddə minarə ucaldıldı. İndi məscidimizə gələn insanlar buranın rahatlığından, burada yaradılan şəraitdən razılıqlarını bildirirlər. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dinimizə, dindarlara göstərdiyi xüsusi münasibət və Heydər Əliyev Fondunun bu sahədə gördüyü böyük işlər bizi çox sevindirir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, bu gün ölkəmizi qələbələr və uğurlar yolu ilə apara biləcək tək şəxsiyyət Sizsiniz. Biz Sumqayıt dindarları Sizi dəstəkləməkdən qürur duyuruq və əminik ki, Siz qarşıdan gələn prezident seçkilərində yenidən dövlət başçısı seçilərək, Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəksiniz.

Sizin uğurlu fəaliyyətiniz nəticəsində ölkəmiz daha da inkişaf etmiş, Sumqayıt da daxil olmaqla respublikamızın bütün regionları abadlaşmış, gözəlləmişdir. Bu gün insanlar sülh, əmin-amanlıq içərisində firavan yaşayırlar. Biz bilirik ki, lideri olan xalq daim yaxşı yaşayacaq, ölkə inkişaf edəcək, dindarlara və dinə hər zaman böyük rəğbət olacaqdır. Sizə Allahdan cansağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik. Ulu tanrı Sizi qorusun!”

Dindarlar adından dərin hörmətlə,
Sərdarov Rauf Xanağa oğlu
Əliyev Rüstəm Məhərrəm oğlu
Ömərov Eldar Şadil oğlu
Mürşüdov Mahir Mürşüd oğlu və başqaları (Cəmi: 112 nəfər).

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın