Menu
Geri İrəli

Tanınmış azərbaycanlı aparıcı xarabalıqda – FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2015 • Baxış sayı: 326 dəfə • Şərh yoxdur

FotorCreatedHamı dəb-dəbəli, lüks, mənzərəli yerlərdə, o isə…

“ANS”in aparıcısı Murad Əzimzadə yenidən tamaşaçıların görüşünə gələcək.

Oxu.Az-a açıqlama verən aparıcı bildirib ki, yeni mövsümdə “Xəbərsizsiniz” verilişini aparacaq:

“Sabah yeni mövsümdə verilişimin ilk buraxılışı olacaq. Proqram zamanı canlı efirdə gündəmdə olan sosial problemləri müzakirəyə çıxaracağıq. Yəni Azərbaycanda buna bənzər veriliş yoxdur. İlk dəfə canlı efirdə sosial problemləri biz müzakirə edirik”.

M.Əzimzadə onu da əlavə edib ki, yeni mövsüm üçün fotosessiya da etdirib:

“Ümumiyyətlə, hamı dəb-dəbəli, lüks, mənzərəli yerlərdə fotosessiya etdirir. Düşündüm ki, mən də xarabaxana olan bir yerdə şəkillər çəkdirim. Düşünürəm ki, yaxşı bir iş ərsəyə gəlib. Şəkilləri də verilişimin operatoru İlkin Məmmədov çəkib. Sözün düzü fotosessiyanın ideyası da elə ona məxsusdur”.

Qeyd edək ki, M.Əzimzadə “Ans”ə “Lider” telekanalından gəlib. Hazırda “Xəbərsizsiniz” proqramından savayı “Ağıl dəryası” verilişinin aparıcısıdır.

 

Aytən Sadıqzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın