Menu
Geri İrəli

Tanınmış sumqayıtlı aktyor işsiz qaldı: “Məni çıxardıb atdılar”

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2015 • Baxış sayı: 669 dəfə • Şərh yoxdur

valeh mosuSumqayıt Dövlət Dram Teatrının mətbuat xidməti xalq artisti Valeh Kərimovun işdən çıxarılmasına münasibət bildirib.

Mətbuat xidmətinin rəhbəri Kamal Almuradlı açıqlamasında deyib ki, V.Kərimov 70 yaşı tamam olduğuna görə işdən azad edilib:

“Valeh Kərimov yanvarın 16-da qanuni şəkildə işdən azad olunub. Prezidentin fərmanına əsasən, yaşı 65-dən yuxarı olan aktyor və aktrisalar işdən azad olunurlar. Sadəcə, fəxri adı olanlar 70 yaşına kimi işdə saxlanılırlar. Bu, bütün teatrlarda belədir. Valeh müəllimə müqavilə təklif olunub. Amma hələlik özü bizim təklifə münasibət bildirməyib”.

Qeyd edək ki, Valeh Kərimov açıqlamasında teatr rəhbərliyinin qərarından narazılığını ifadə edib və ona müqavilə ilə işləmək təklif olunmadığını söyləyib:

“Mən o gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. Mən teatrdan 210 manat maaş alırdım. Bu pul mənim yolpulum etmirdi. O məbləği mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə doğma idi. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərlər. Bu, mənə çox ağır gəldi”.

Xatırladaq ki, uzun illər bu teatrda çalışan aktyoru geniş tamaşaçı kütləsinə tanıtdıran “Bəxt üzüyü” filmində oynadığı Moşu obrazı olub.
Tanınmış azərbaycanlı aktyor Valeh Kərimov işsiz qalıb. Çalışdığı Sumqayıt Dram Teatrında onu işdən azad ediblər.

Milli.Az-ın məlumatına görə, xalq artisti Valeh Kərimov işdən çıxarılması barədə bunları deyib:

“Sumqayıt teatrında ilk xalq artisti adı alan mən olmuşam. Hacı İsmayılov, Afaq Bəşirqızı, Ramiz Novruzov, Sabir Məmmədov kimi aktyorlar bizdə işləyib, ancaq adı başqa teatrlardan almışdılar. Sumqayıt teatrında işləyə-işləyə ad alan ilk aktyor mən olmuşam. Məndən sonra iki nəfərə xalq artisti adı verilmişdi. Məncə, bir teatrda adı, tamaşaçılar arasında hörməti olan aktyorun olması həmin teatrın yalnız xeyrinədir. Bu gün Sumqayıt teatrında yeganə xalq artisti mən qalmışdım. Məni də çıxardıb atdılar”, – o əlavə edib.

Aktyor həmin hadisədən sonra özünə gələ bilmədiyini deyib:

“Mən o gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. Mən teatrdan 210 manat maaş alırdım. Bu pul mənim yolpulum etmirdi. O məbləği mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə doğma idi. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərlər. Bu, mənə çox ağır gəldi”, – o vurğulayıb.

//Publika.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın