Menu
Geri İrəli

2012-ci ilin nəqliyyat söhbətləri…

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2009 • Baxış sayı: 588 dəfə • 2 şərh

207543cd5515“2012” adlı film cəmiyyətdə böyük rezonans doğurmuşdu. Maraqlı filmdir. Amma qeyri-adi heç bir şey yoxdur bu filmdə. Yəni dünyanın sonu-filanı təəccüb yaratmadı. Çünki bəndəniz hər gün təzə, iritutumlu “7 nömrə”lərdə işə gedib-gələrkən o dünyanı görüb qayıdır. Ümumiyyətlə, Nəqliyyat Nazirliyimizin bir sıra islahatları, əslində axirətin yetişdiyini xəbər verən İsrafilin suru kimi bir şeydir. Nazirliyin müfəttişləri isə İnkir və Minkirin vəzifəsinin öhdəsindən layiqincə gəlirlər. İnanmırsınızsa, buyurub sürücülərimizdən soruşa bilərsiniz. Uzağa getməyərək Müqabil adlı oxucumuzun başına gətirilən olayı bir daha xatırlatmaq istərdim. Binəva işdən çıxıb “20 Yanvar” dairəsində dayanıb tanışını gözləyərkən, nəqliyyat müfəttişləri ondan guya avtomobilini “qanunsuz olaraq taksi kimi” istifadə etdiyinə görə sənədlərini tələb edib və kişinin sənədlərini baxmaq adı ilə alıb aradan çıxıblar. Baxmayaraq ki, zərərçəkən bütün müqəddəsləri şahid gətirərək and-aman edib günahsızlığını sübut etməyə çalışıb. Amma çifayda, heç bir xeyri olmayıb. Onsuz da bizlərdə dəbdir, lətifədə olduğu kimi, əvvəlcə qulaqları kəsib sonra sayırlar. Özü də bu adət nədənsə NN-də geniş yayılıb. Məsələn, yolu çəkib sonra təzədən asfaltı söküb altından kanalizasiya borusu çəkirlər, yaxud da tunel tikib divarına hamam-tualet metlaxı vururlar ki, nəticədə lay-lay yerə gəlir, ya da körpünü tikib gündəyməz hissəsində gül kolları əkirlər, o da solub gedir. İtib-batan pullardan söhbət edib qanınızı heç qaraltmaq istəmirəm. Çevir tatı, vur tatı, bu barədə nə qədər istəsəniz yazı da yazılıb, söz də deyilib. Ancaq NN-nin yazdıqları büdcə xərclərinə onlardan heç biri çata bilməz.
Ümumiyyətlə, nəqliyyat sistemində əndrabadi zadlar çoxdur. Məsələn, marşrutlarda çox maraqlı bir əlan vurulur: “5 yaşından yuxarı uşaqlara bilet alınmalıdır”. Şofer qardaş, uşağın 5 yaşının olub-olmaması üçün sərnişin nə etməlidir? And-aman ələməlidir, yoxsa doğum haqqında şəhadətnaməni daim yanında gəzdirib əl alında saxlamalıdır? Hələ yaxın-uzaq sovetlər dönəmində avtobuslara bu tip elanlar vurulardı. Qurtula bilmirik də kommunizm tör-töküntülərindən. Sovet demişkən, yadıma həmin dövranın nümayəndələrindən biri olan ağsaqqalın kəlamı düşdü: “A balam, bizim vaxtımızda ağzı nə idi şoferin astanovkadan kənarda saxlasın”. Sovetlərin bu səmərəli qalığından bəs indi niyə bir iz-ləpir yoxdur? Cavabı nə isə eşidə bilmədim axı o dövranın və bu dövranın nümayəndələri… Nə bilim, bəlkə qəliz sual oldu, yaxud ona cavab vermək sərfəli deyil?
Nə isə… Keşməkeşli, əziyyətli, şərəfli və məzəli sənət sahiblərinin zəhmətlərinə görə minnətdarlıq edirəm. Qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edirəm. Ola bilsin, tezdir və ya da gecdir, eybi yoxdur. Onsuz da bizlərdə vaxt o qədər də bahalı şey deyil. Ən azından təxminən 20 ildir ki, işğal faktına dözürük. Pah təsadüfə bax, ələ bu qədər də vaxtdır ki, “probka”lara dözürük. Amma gözlə ki, Qarabağ problemi çözüm tapacaq, bu tıxac müşküllü olduğu kimi qalacaq.
Yolumuz açıq olsun, gedək, ancaq vaxtında gedək. Çünki bu gün tezdir, sabah gecdir.

YAZARIN DİGƏR YAZILARI
1+1+1

Fil qulаğı

TQDK-nın əks-kəşfiyyаtı, yохsа…

«Nаbukkо» və Çаldırаn döyüşü

Facebook Şərhləndirmə:

“2012-ci ilin nəqliyyat söhbətləri…” yazısına 2 cavab

  1. GeribAZER deyir:

    gardash ehsen sizlere,saytin emekdaslarina…3 gundu saytla tanis olmusam…her gun oxuyuram,gunluk gezet kimi:)

  2. Vusal deyir:

    Hormetli Qerib Azer Elvin babayev saytin yox, eslinde “168 saat”in emekdashidir, amma arabir bizim redaksiyada onu 1 aydir gordum deyen yoxdur…Deyerli Elvin muellim, bele getse ayin axiri qonarariniz redaksiyanin EHTIYAT FONDUna kocurulecek…

Şərhinizi yazın