Menu
Geri İrəli

Atamın qatili

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2013 • Baxış sayı: 915 dəfə • Şərh yoxdur
Share Button

Nicat Daglar 2

“Serj Sarkisyan atasız qaldı”. Bu gün mətbuatda oxudum bunu. Ermənistan prezidentinin atası  84 yaşında dünyasını dəyişib.  Ata – əzəmətli  səslənir, deyilmi?  Kiminçünsə arxa-dayaq, kiminçünsə dost, kiminçünsə sadəcə quruca hənirti… Fəqət, bu hənirtinin özündə insanın sümüyünə toxunan istilik, doğmalıq olur. Bəzən də bu zamanın oyunlarından baş çıxarmağı, dünyanın naz-nemətini evə daşıyıb gətirməyi, bahalı pal-paltar almağı bacarmadığına görə üzr diləyən baxışları da olur ataların… 

 Zamanında çəkməli olduğları yükü bala çiynində görüb qınayırlar özlərini,  şam kimi əriyir, günah sahibi kimi başıaşağı gəzirlər…  Biz uşaq olanda onları dünyanın ən güclü adamı sanırıq. İllər ötdükcə yerimizi atalarımız tutur – uşaqlaşırlar. Hər evə gələndə qucağına qaçdığımız adam bir də gözünü açır ki, işdən evə gələn balasının əlinə baxır…  Uşaqlıqda atamıza bənzəməyə, onun kimi yeriməyə, onun kimi oturub-durmağa, onun kimi danışmağa çalışırıq.  Mən balaca olanda atamın ayaqqabılarını çox geyinmişəm. Böyüdüm, geyinib atdığım ayaqqabıları atam geyindi… Yadıma gəlir, atam işdən evə gələndə onun pencəyini geyinib, o yan-bu yana qaçırdım. İçində itib-batırdım, sürüyürdüm NƏHƏNG ADAMın pençəyni. İllər bir-birini əvəz elədi, bəyənmədiyim, geyinib bir kənara atdığım pencəyi atam geyindi. Bu dəfə pəncəyin içində görünməz olan atam oldu. Ölçüsü böyük idi, ona görə…

Allah birinci atanı yaradıb! Haqqında analar qədər mahnılar, şeirlər yazılmasa da bu dünyanın ən birinci varlığı odur – Kişi!, Ata! Mən onu çox tez itirdim. Dünyasını dəyişəndə 57 yaşı var idi. Kişilərin alnına yazılmış xəstəlikdən öldü – İnfarkt! O mənə böyük bir var dövlət qoyub getdi – tərbiyyə verdi, əxlaq verdi, başqasının malına-mülkünə, torpağına göz qoymamağı öyrətdi. Qohum əqrabaya istiqanlğı, xeyirə-şərə yarımağı, dost qazanmağı ondan öyrəndim. Yadıma gəlir, yeniyetmə vaxtlarım idi. Gəncədəki həyətimizdə qonşu ilə aramızdakı asar uçmuşdu. Hasar təzədən hörülməliydi. Qonşu həyətdə isə qoca bir qarı tək-tənha qalırdı. Uşaqları başqa şəhərdə yaşayırdılar. Hasar hörüləndə atama dedim ki, iki-üç qarış qonşunun həyətindən öz həyətimizə qataq. Qoca qarının gözləri yaxşı görmürdü, hiss etməyəcəkdi bunu. Atamın dedikləri hələ də qulağımdadır: “Bala, torpağın halallığı yoxdursa, bizim evimizdə heç vaxt xeyir-bərəkət olmaz”. Mən 57 yaşında itirdiyim atamnan bunu öyrəndim.  Kaş millətindən, dinindən, irqindən asılı olmayaraq ataların hamısı belə olaydı.  Serj Sarkisyanın atası kimi yox!

Əminəm, Ermənistanın indiki dövlət başçısı, elə özündən əvvəlki prezident kimi torpağın halallığı barədə atasından heç nə eşitməyib. Eşitsəydi başqasının torpağına əl uzatmazdı! Eşitsəydi başqasının torpağına görə günahsız insanların qanını axıtmazd! Eşitsəydi torpağın sahiblərini diri-diri yandırmazdı!.. Bu adam körpələrin gözünü çıxarıb, hamilə qadınların qarnını yarıb,  ana bətnindəki varlıqlara qıyıb. Onun özü kimi atası da günahsız insanların qatildir! Mənim atamı o öldürüb! Cəbhədə itirdiyimiz qardaşlarımızın, atalarımızın, əzizlərimizin qatılı odur! Məhz ondan törəmiş terrorçuya görə indi bizim sayı milyonla ölçülən qaçqınımız-köçkünümüz var. Məhz ona görə indi bizim torpaqlarımız işğal altında inləyir. Məhz ona görə qardaşım Samir ermənilərlə cəmi 150 metr arası olan səngərdə su içində qalaraq sağalmaz xəstəliyə düçar oldu… Öldü Samir… “Qoymayın ölüm” deyə-deyə öldü. Hə, Serj Sarkisyanın atası ona adam balası kimi tərbiyyə versəydi, mənim cavan qardaşım ərazisi işğal olunmuş ölkənin əsgəri kimi səngərdə yox, kazarmada yatardı, xəstəlik tapmazdı – ÖLMƏZDİ! Hə, atam cavan balasının itkisinə dözmədi. Anam kimi saçını yolmadı, dizinə döymədi – için-için ağladı.. Birinci dəfə onun yas çadırında infarkt keçirdi.  Samirin il mərasimini başa vuran kimi isə ikinci ifarkt. Beləcə itirdim atamı… İndi ikisi də yanaşı uyuyur – arzuları ürəyində qalmış qardaşım, son beşiyinin ölümünə dözməyən atam… Bax, Serj Sarkisyanın atası ona görə qatıldir. O, terrerçu böyüdüb, qatil yetişdirib. Serj Sarkisyan bizim torpaqlarda terror aktları törətməsəydi, çörəyini yeyib, suyunu içdiyi ölkə ilə müharibəyə başlamasaydı indi minlərlə atanın sinəsinə bala dağı çəkilməz, nəvələr babasız, oğullar atasız, gəlinlər ərsiz qalmazdı…  84 yaşında ölən adam bizim Qarabağ boyda bəlamızın baiskarıdır – terrorçubaçı yetişdirib. Atası kimi, babası kimi…

Hə, dostum, bilirəm, ini deyəcəksən: ATALAR bir olmur, atam balası…

Nicat Dağlar 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın