Menu
Geri İrəli

Gürcüstan siyasəti nəyə hesablanıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2013 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur

elcin abdullayev mainDemokrat, Mixail Saakaşvili erası başa çatdıqdan sonra bir sıra siyasi təhlilçilər və ekspertlər Gürcüstanın gələcək talehilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Verisyalar arasında ’’ABŞ Gürcüstanı regionda sonuncu partnyoru olaraq Rusiyaya təslim etdi’’ , ’’M.Saakaşvilinin gedişi ilə ölkədəki demokratik təsisatlar məhv ediləcək’’ kimi fikirlər daha çox səslənir. Əslində bu cür fikirlər ötən il Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Vahid Milli Hərakat”ın “Gürcü Arzusu” blokuna məğubiyyətindən sonar səslənməyə başlasada, bir gün öncə ikincinin namizədi Georgi Merqalaşvilinin Gürcüstanın yeni prezidenti seçilməsi yuxarıda qeyd olunan fikirləri dahada intensivləşdirib. Bu da onunla əlaqədarı ki, Gürcüstandakı yeni iqtidarın Rusiyanın layihəsi olduğuna inananlar daha çoxdur. Lakin, Gürcüstanda cərəyan edən son bir illik hadisələri dərindən təhlil etdikdə yuxarıda qeyd olunan fikirlərin bir o qədər də əsaslı olmadığını görmək mümkündür. Diqqətli oxucularımızın xatirindədir ki, bir müddət öncə Gürcüstanın yeni baş naziri Bdzina İvanişvilinin Rusiyadan çox, Qərbə meyilliliyi ilə bağlı arumentli yazı yazmışdım. Onun bir illik fəaliyyətinə nəzər salarkən həqiqətəndə milyarder baş nazirin heç də Rusiyanın adamı olmadığı özünü göstərdi. Belə ki, o baş nazir olduğu müddət ərzində heç də Rusiya ilə münasibətlərdə köklü irəlləyişə nail ola bilmədi. Və nəhayyətdə rəsmi səviyədə qeyd olundu ki, Rusiya ilə münasibətləri həll etmək elədə asan məsələ deyil. İndi isə bu fikirləri Gürcüstnaın yeni seçilmiş ölkə başçısı G.Merqalaşvili prezident kimi , keçirdiyi ilk mətbuat konfuransında Rusiya ilə Abxaziya və Asetiya məsələsində dil tapmağın asan olmadığını söyləməklə yanaşı, Kremli qıcıqlandıra biləcək çox mühüm bir mesaj da verdi. Həmin mesaj noyabrın sonlarında Litvanın paytaxtı Vilnüsda “Şərq Tərəfdaşlığı” sammitini səbirsizliklə gözlədiyini deməsidir. Yeni prezident əlavə olaraq qeyd edib ki, məlum sammit “Gürcüstanın Avropa seçiminin təsdiqi və bu seçimin onun tərəfdaşları tərəfindən tanınması olacaq.” Əlavə olaraq, G.Merqalaşvili bildirib ki, “Vilnüsda Assosiasiya sazişinin və onun tərkib hissəsi olan Aİ ilə Azad ticarət sazişinin paraflanması gözlənilir. Bu hadisə Gürcüstanın Avropa gələcəyinin institusional əsaslarının təməlinin başlanqıcı olacaq. Sazişin imzalanmasına qədər olan bir il müddətdə Gürcüstan uzun yol qət etməlidir: “Biz Vilnüs sammitinə Avropa seçimimiz, həmçinin ehtiyac və problemlərimizlə gedirik. Arada vaxt itirdiymizə görə Avropa ölkələri ilə ikitərəfli münasibətləri sürətləndirməliyik. Saziş imzalandıkdan bir il sonra öhdəliklərimizi tez bir zamanda yerinə yetirək.” Bu bəyanatın özü təsdiq edir ki, Gürcüstanın hazırkı iqtidarının da üzü qərbədir. Gürcüsdanda baş verən son 10 ilin hadisələri, söyləməyə əsas veriri ki, Mixail Saakaşvilini Gürcüstan dövlətçiliyinin “demokratik atası” adlandıraq. O, demokratiyanı ölkəsinə miras qoyan lider kimi tarixə düşdü. Onun rəhbərliyi devrdə Gürcüstanda dövlət inzibati aparatının bütün sahələrində demokratik qanunlar işlək hala gətirildi. M.Saakaşvili ölkədə elə bir sistem qurdu ki, çətin bundan sonra Gürcüstan yenidən avtoritar idarəçilik üsuluna qayıda. Hətta, hansısa iqtidar atoritar idarəçilik sisteminə baş vurmaq istəsə belə gürcü xalqı buna getməz və dərhal həmin iqtidarın getməsi şüarı ilə küçələrə axışar. Bu isə o deməkdir ki, Amerikanın hazırladığı Mixail Saakaşvili gürcü xalqının beynini dəyişə bilib. Əslində B.İvanişvilinin siyasətdə nə qədər qeyri-ciddi olduğunu söyləyə bildiyimiz qədər, onun ağılsız olmadığınıda vurğulamaq vacibdir. O, yaxşı başa düşür ki, SSRİ-dən miras qalmış avtaritar Rusiya ilə birgə addımlamaq Saakaşvilinin gətirdiyi demokratiya “meyvəsini” yeyənlər qeyri-idarəçilik üsuluna qarçı çıxa bilərlər. Ona görə də milyarder, baş nazir B.İvanişvili iqtidara gəldikdən sonra keçirdiyi ilk seçkini, azad, ədalətli və şəffav keçrdi. Artıq bu bir aksiomadır ki, seçkinin azad şəffav keçirilməsi demokratiyaya gedən yolun “açarı”dır. Məhz bu seçki, bir daha yeni itidarın siyasi kursunu müəyyənləşdirən amilə bağlıdır. Bunun da fonunda ilk olaraq seçkilərin nəticələrini tanıyan məhz M.Saakaşvilinin özü oldu və O, G.Merqalaşvilini əsil demokrata xas siyasi mədəniyyət göstərərək təbrik etdi. Ardınca isə Qərb özünün seçki hesabatlarında Gürcüstanda azad və ədalətli prezident seçkilərinin keçrilməsini təsdiqləyərək yeni prezidentə təbriklər göndərməkdədir. Bəzi analitiklər “Gürcü Arzusu” və onun lideri milyarder Bidzina İvanişvilini bəlkədə ona görə Kremlin layihəsi olaraq görürdülər ki, o, hökümətə yiyələndiyi ilk gündən Rusiyanın bir nömrəli qorxunc röyasına çevrilən Saakaşvilini həbslə hədələyib, təqib etdirirdi. Təbii ki, burada da müəyyən siyasi manevrlər mümkün idi. Baş nazir bu cür davranış tərzi ilə Kremilə çatdırmaq istəyirdi ki, mən düşməniniz olan Saakaşviliyə sizin etmək istədiyiniz və bacarmadığınızı edəcəm. Bununlada o həm, dövlətlərarası münasibətləri yoluna qoymaq, həm də özünün Rusiyadakı elədə böyük olmayan biznesinə yarana biləcək təhlükəni önləmək düşüncəsində ola bilərdi. Ola bilsin ki, Saakaşviliyə qarşı davranış tərzinin kökündə məhz bu faktırlar dururdu. Lakin, nəticə bəllidir, nə Rusiya, nə də İvanişvili Saakaşvilini sözün əsil mənasında neytirallaşdıra bilmədi. Sadəcə, plana uyğun olara Saakaşvili, Amerika tərəfindən Gürcüstana və onun simasında bütün bölgəyə demokratiyanın nümunəsi olaraq göstərildi və əsil demokrat kimi də qalmaöı başardı. Hadisələrin bu cür cərəyan etməsi ona işarədir ki, Qərb, Gürcüstanın timsalında keçmiş sovet respublikalarında demokratiyanın yayılmasının ilkin mərhələsini yekunlaşdırdı. Bu yekunlaşma heç şübhəsiz ki, ilk növbədə rəsmi Moskvanın qanını qaraltdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın