Menu
Geri İrəli

Sumqayıt və sumqayıtlılar üçün…

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2010 • Baxış sayı: 509 dəfə • 3 şərh
Share Button

Müasir dövrümüzdə informasiya texnologiyalarının inkişafı digər sahələrdə olduğu kimi media sektoruna da ciddi şəkildə öz təsirini göstərdi. Zaman keçdikcə bu təsir özünü daha qabarıq şəkildə göstərir. Bu gün insanların əksəriyyəti informasiyanı internet vasitəsilə əldə edir. Ölkəmizdə olduğu kimi şəhərimizdə də günü-gündən internet istifadəçiləri artması müşahidə olunur. Biz bunu nəzərə alaraq, bir il bundan öncə Azərbaycanda ilk regional internet qəzet olan “www.sumqayitxeber.com” saytını yaratdıq. Məqsədimiz Sumqayıtda baş verən ən son xəbərləri vaxtında internet istifadəçilərinin diqqətinə çatdırmaq idi. Bir il ərzində biz kifayət qədər oxucu kütləsi toplaya bildik. Bu gün “sumqayitxeber.com” saytı Sumqayıtın ilk və yeganə internet qəzetidir. Şəhərimizdə baş verən hər bir yenilik haqqında məlumatı sumqayıtlılar bu saytdan əldə edirlər. Bununla yanaşı şəhərimizdən kənarda yaşayan sumqayıtlılar da məhz şəhərdəki yenilikləri və xəbərləri məhz bu saytdan oxuyurlar.

Hazırda əlinizdə tutduğunuz “Sumqayıt Xəbər” qəzeti də bu layihənin davamıdır. Çap olunan qəzetlər sonradan internet versiyasını yaradırlar ki, məlumatı internetdən əldə edən insanlar da qəzetdəki məlumatları internet vasitəsilə oxuya bilsinlər. Lakin biz ilk olaraq internet versiyamızı yaratmış olduq və bu gün internet istifadəçisi olmayan insanlarla da bu məlumatları paylaşmaq üçün “Sumqayıt Xəbər” qəzetini nəşr etməyi düşündük.

Ümid edirik ki, “Sumqayıt Xəbər” qəzeti də “sumqayitxeber.com” kimi uğurlu bir layihəyə çevriləcək. Bu qəzet bir şəxsə aid deyil, hər bir şəhər sakininin qəzetidir. Necə ki saytımızda hər bir şəxsə şəarit yaradılır ki, öz sözünü desin, eləcə də yeni işıq üzü görən “Sumqayıt Xəbər” qəzetində hər bir sumqayıtlıya şərait yaradılacaq. Qəzetdə daha çox şəhərimizin işgüzar həyatı ilə bağlı məlumatlar öz əksini tapacaq. Çünki bu gün daha çox bu sahədə boşluqlar mövcudur və biz bu boşluğu doldurmağa çalışacağıq.

İlk nəşrimizdə ola bilsin ki, bəzi nöqsanlar və çatışmazlıqlara rast gələcəksiniz. Sizin fikirləriniz və rəyləriniz bizim üçün önəmlidir və ümid edirik ki, siz öz təklif və haqlı iradlarınızı bizə yazacaqsınız. Gələcəkdə qəzetin həftəlik nəşr olunmasını qarşımıza məqsəd qoymuşuq. Ümid edirik ki, bu qəzet sizin sevimli qəzetinizə çevriləcəkdir.

“sumqayitxeber.com” olaraq digər media orqanları ilə, xüsusilə də ölkənin ən iri həcmli regional qəzeti olan “168saat” qəzeti ilə əməkdaşlıq edirik və bundan sonra da birgə şəhərimizin inkişafı üçün əlimizdən gələni edəcəyik.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt və sumqayıtlılar üçün…” yazısına 3 cavab

  1. imran deyir:

    Ümüdvaram və əminəm ki,şəhərimizin azad mətbuatı yeni nəfəs və gümrah qüvvə olan bu qəzetlə bir qədər də qüvvətlənəcək və şəhərimizin cəmiyyətinə yaxşı təsir edəcək .Bir sözlə təbriklər Eyvaz bəy ,təbriklər Sumqayıt!

  2. Nurane deyir:

    TEBRIKLER!iti qelem, Bol reytinq, genis auditoriya arzulayiram

  3. Ramil deyir:

    Uğurlar Eyvaz bəy!

Şərhinizi yazın