Azərbaycanda daha iki nəfər koronavirus aşkarlandı – OPERATİV QƏRARGAH

884

Azərbaycanın Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan Lent.az -a verilən məlumata görə, Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

İranda müalicə olunduqdan sonra Azərbaycana qayıdan 51 yaşlı qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda, müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlimiş xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

İtaliyadan qayıdan 23 yaşlı tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilən 82 yaşlı Azərbaycan vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər