Bazar günü hava necə olacaq? – PROQNOZ

254

Mayın 12-də ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərbərlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a vürilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Rayonlara gəlincə, gün ərzində əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər