Menu
Geri İrəli

Avtomobil qəzalarının əsas – SƏBƏBLƏRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2013 • Baxış sayı: 519 dəfə • Şərh yoxdur

Avtomobil qəzalarının və bununla bağlı sığorta hadisələrinin əsas səbəblərindən biri sürücünün diqqətinin yoldan yayınmasıdır.
Almaniyanın “Allianz” şirkəti yol qəzalarının səbəblərini yenidən araşdırıb. Məlum olub ki, hər 10 qəzadan birinin səbəbi sürücünün diqqətinin yoldan yayınmasıdır. Bundan başqa, hər iki sürücüdən biri təhlükəsizlik kəmərini yalnız maşın hərəkətə başlayandan sonra bağlayır. Maşındakı çantanın aşması isə qəza riskini 8 dəfə artırır.
“Allianz”ın bununla bağlı yeni araşdırması “Sükan arxasında sürücünün diqqətinin yayınması – qiymətləndirilməmiş təhlükə” adlanır. qezaAraşdırma şirkətin ekspertlərinin Almaniya, Avstriya və İsveçrədə apardığı sorğulara əsaslanır. Araşdırmaya əsasən sürücünün diqqətinin yoldan yayınması riski lazımınca qiymətləndirilmir. Halbuki, xüsusilə yeni il ərəfəsində bu səbəbdən qəzaların sayı artır.

Yeni İl ərəfəsi  – təhlükəli dövr
«Yeni İl ərəfəsi  – sürücülər üçün xüusilə təhlükəli dövrdür. Çünki həmin vaxt hamı çatışmayan hədiyələri almağa tələsir, küçələrdə hərəkət qarışıq olur, üstəlik maşını park etmək üçün yer də tapmalısan və hədiyyə seçməklə bağlı maşınlakılarla mübahisə də etməlisən. Bütün bu qarışıqlıq sürücünü onun əsas işindən ayırır və qəza riskin  artırır”-deyə AZT-nin baş direktoru Kristof Lautervasser bildirir.

«Əvvəl fikirləş, sonra hərəkətə başla”
- “Allianz” ekspertlərinin tövsiyəsi belədir. Ekspertlər bildirir ki, səfərə yaxşı hazırlaşmaqla, diqqəti yayındıran bütün amillərdən yaxa qurtarmaq olar. “AZT”  sürücülərə tövsiyə edir ki, GPS-i və radionu maşın hərəkətə başlayandan sonra yox, ondan əvvəl işə salsınlar.
“Pencəyin düymələrini açmaq və kəməri bağlamağı maşını işə salmazdan əvvəl etmək lazımdır. Hədiyyələrlə dolu çantaları  yük yerinə qoymaq lazımdır, çünki yerə düşən hədiyyələri yığmaq qəza riskin  8 dəfə artırır»-deyə Kristof Lautervasser bildirir.
Adətən sürücülər ətrafdakıların onların hərəkətərinə reaksiyalarından xəbərdar olurlar, amma bu onların diqqətsizliyinin qarşısını almır. Xoşbəxtlikdən piyadaların – hansı ki, sürücülərdən daha diqqətlidirlər -  cəld tərpənməsi belə halların qarşısını alır.

Diqqətsizliyin səbəbi – stress
Hesabatda bildirilir ki, stresslə bacarmaq yaxşı sürücünün əsas xüsusiyyəti olmalıdır. Hər bir sürücü məsələn təmir nəticəsində həddən anrtıq ensizləşdirilmiş yolla maşını uzun müddət sürməyi və bu zaman əsəbiləşməməyi bacarmalıdır. “Adətən stress əlavə, ən çox da şəxsi amillərlə bağlı olur. Məsələn əsəbilik və vaxt azlığı ilə. Harasa tələsən sürücü tıxacda dayanırsa, öz emosiyalarını çətinliklə saxlayır”.

Diqqətin yayınması: reaksiya vaxtını itirir
Avtomobil sürərkən telefonla danışmaqdan əlavə əsas diqqət etməli olduğumuz elemetlərdən biri də GPS naviqatorlardan istifadədir. “Allianz” şirkətinin apardığı sorğuya əsasən, sürücülərin yarıdan çoxu bunu yalnız avtomobili işə salandan sonra edirlər. Onlar bu müddət ərzində yola baxmadıqlarının fərqinə varmırlar.
“Bir nümunəyə baxaq: 50 mk/saat sürətiylə hərəkət edən avtomobil hər saniyədə 13,8 metr yol qət edir. Yoldan kənar nəyəsə diqqətin yönəldilməsi də hardasa 1-2 saniyə zaman alır. Aşkar olunan təhlükəyə reaksiya verməyə də, orta hesabla 1 saniyə vaxt gedir”-deyə ekspertlər bildirirlər. Mütəxəssislərin fikrincə, sürücünün kənar məsələlərlə məşğul olub yola baxmadığı zaman onun reaksiya vermək müddəti iki və ya üç dəfəyədək artır.

Yağış, buz və ya qarda kor-koranə sürmək
Qış vaxtı sürücülər avtomobilin şüşələrinin qızdırılmasına vaxt sərf etməli olurlar. Ən azından soyuq iqlim zonasında yaşaya və ya qarajı olmayan sürücülər bunu mütləq etməlidirlər. Pəncərələrin tərləməsi ilə yanaşı, maşının damındakı qar şüşələrə doğru sürüşə bilər, qar yağarkən avtomobil idarə etməyi isə heç bir sürücü arzulamır.
Allianz-ın sorğusunda iştirak edən sürücülərin 40%-i etiraf edib ki,  şüşələri avtomobili hərəkətə gətirəndən sonra təmizləməyə başlayırlar. Respondentlərin 28%-i isə bildirib ki, hərəkət zamanı idarəetmə paneli və displeyə baxmağa bir xeyli vaxt sərf ediblər.
“Bəli, avtomobili hərəkətə hazırlamaq müəyyən vaxt aparır, lakin yaxşı görüntünün əldə olunması sizin və ya bir başqa yol hərəkəti iştirakçısının həyatını xilas edə bilər”-deyə hesabatda bildirilir. fins.az

http://fins.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın