Menu
Geri İrəli

Azərbaycanda vəzifədə olan ermənilər – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 1,102 dəfə • Şərh yoxdur
Share Button

memur6936-670x356

Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar. Hazırda Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda ermənilərin ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlumatlarda Bakı şəhərində 20 min, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir. Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələrilə görüşlərdə deyiblər. 

 

Modern.az saytının araşdırmaları göstərir ki, Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu da heç kimə sirr deyil.

Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib.

 

Məsələn, əhalinin son siyahıya alınması zamanı Azərbaycanda kifayət qədər ləzgilərin, avarların, tatların, saxurların, hətta ermənilərin yaşadığı məlum olub. Dövlət Statistika Komitəsinin əhalini son siyahıya alması zamanı məlum olub ki, Azərbaycanda yaşayan etnik millətlər arasında ermənilər say tərkibi ilə üçüncü yeri tutur. Beləliklə, bu gün Azərbaycanda azərbaycanlılar – 8 milyon 172 min 800 nəfər, ləzgilər – 180 min 300 nəfər, ermənilər – 120 min 300 nəfər,  ruslar – 119 min 300 nəfər, talışlar- 112 min nəfər, avarlar – 49 min 800 nəfər, türklər – 38 min nəfər, tatarlar- 25 min 900 nəfər, tatlar- 25 min 200 nəfər, ukraynalılar – 21 min 500 nəfər, saxurlar-12 min 300 nəfər, gürcülər- 9 min 900 nəfər, yəhudilər- 9 min 100 nəfər, kürdlər – 6 min 100 nəfər, qrızlar – 4 min 400 nəfər, udinlər – 3 min 800 nəfər, xınalıqlar – 2 min 200 nəfər, digər millətlər – 9 min 500 nəfərdir. .

 

Dövlət Statistika Komitəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, 1989-cü il əhalinin siyahıya alınmasının yekunları əsasında aparılan ekspert hesablamalar nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120086 nəfər (kişilər 57904 , qadınlar 62182 ) təşkil edib. 2009-cu ildə keçirilən sonuncu əhalinin siyahıya alınmasının yekunlarına əsasən Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 (kişilər 17, qadınlar 203) nəfər olub. Ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayının 220 nəfər göstərilməsinə əsas səbəb həmin əhalinin böyük əksəriyyətinin qadınlar olmaqla azərbaycan millətindən olan kişilərlə nikaha daxil olmaları və onların övladlarının özlərini azərbaycanlı əsilli hesab etmələridir. Onu da qeyd etmək lazımdır ki, həmin qadınlar da siyahıyaalma zamanı özlərini azərbaycanlı kimi qeyd etdiriblər.

 

Komitədən onu da bildiriblər ki, beynəlxalq metodologiyaya görə, əhalinin siyahıya alınması zamanı sorğu olunan şəxslərdən heç bir sənəd tələb olunmur və hər bir şəxs milliyətini özü müəyyən və sorğunu aparan şəxsə bəyan edir.

Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıya alınması zamanı milliyyətlərini gizlədərək ya azərbaycanlı, ya rus, ya yəhudi, ya da da başqa millət kimi siyahıya daxil olublar. Çünki siyahıyaalınma zamanı əhalidən hansı milliyyətdən olduğu soruşularkən sorğu olunan şəxslər könüllü olaraq milliyyətlərini bildiriblər. Bu isə ermənilərə yaxşı imkan yaradıb ki, milliyyətlərini gizlətsinlər.

Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyyətini gizlətməkdən çəkinməmişdi. Bunu Modern.az-ın Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi rəsmi statistik məlumat da təsdiqləyir. Araşdırmaya görə, 1999-cu ildə keçirilən siyahıyaalmada Bakıda 400 nəfər erməni öz milliyyətini gizlətməyərək, erməni olduqlarını etiraf ediblər. 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada isə cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.

Qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər. Məsələn, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 2011-ci ildə Bakıda erməni milliyyətindən olan şəxslərin yaşamasına dair jurnalistlərə açıqlama verib: “Bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Demək ki, bir yerdə yaşamaq mümkündür”.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın