Menu
Geri İrəli

Sumqayıt Dövlət Texniki Kolleci bağlanacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2014 • Baxış sayı: 2,930 dəfə • 1 şərh

tehsil_nazirliyi-98Təhsil nazirliyi tərəfindən paytaxtda və bölgələrdəki kolleclərin fəaliyyəti ilə bağlı aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

AZXEBER.COM-un məlumatına görə, 2013-cü ilin iyun ayında təhsil naziri Mikayıl Cabbarovun birbaşa tapşırığı ilə paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərən kolleclərdə başlanılan yoxlamalar başa çatıb.

Təhsil nazirliyində olan etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, araşdırmalar nəticəsində bölgələrdə olan təhsil kollecləri ilə yanaşı, paytaxt Bakıda fəaliyyət göstərən təhsil ocaqlarında da bir çox rüşvət faktlarının və qeyri-qanuni kadr təyinatlarının aşkarlandığı ortaya çıxıb. Mənbənin sözlərinə görə, məsələ gündəmə gəldiyi gündən yoxlamar birbaşa nazirin öz şəxsi nəzarətində saxlanılıb və yoxlamalar tam şəffav aparılıb. Nəticənin isə, heç də ürəkaçan olmadığı ortaya çıxıb.

Belə ki, Bakıda fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində aparılan araşdırmalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Araşdırmalar zamanı sözügedən kollecdə tələbələrin davamiyyətinin normal olduğu qənaətinə gəlinsə də, ancaq kollecdə semestr imtahanları zamanı “açıq bazar” prinsipləri əsasında tələbələrdən rüşvət yığıldığı ortaya çıxıb. Kollecdə demək olar ki, tələbənin oxuyub-oxumamasından asılı olmayaraq hər imtahan sessiyası zamanı 50-100 AZN arası bir fəndən pul alındığı aşkarlanıb.

Anoloji hallar Ağcabədi Pedaqoji Kollecində də aşkarlanıb. Araşdırmalar zamanı sözügedən kollecdə tələbələrdən  imtahan sessiyası zamanı rüşvət alındığı və yüzlərlə tələbəsi olan kollecin auditoriyalarının demək olar ki, boş olması müəyyənləşdirilib. Araşdırmalarda eyni zamanda, kollec rəhbərliyinin məzun olan gənclərdən diplom üçün qeyri-qanuni pullar yığdığı da ortaya çıxıb.

Eyni zamanda Astara Pedaqoji Kollecinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin, Gəncə Texniki Kollecinin, Sumqayıt Dövlət Texniki Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin də bağlanma təhlükəsi ilə üzləşdiyi bildirilib.

AZXEBER.COM portalı olaraq irəli sürülən iddialarla bağlı adıçəkilən bütün kolleclərlə əlaqə saxlasaq da, Təhsil nazirliyinin rəsmi saytında qeyd olunan əlaqə telefonlarına ya cavab verən tapılmadı, ya da ki cavab verən şəxslər ümumiyyətlə özlərini təqdim etməyərək suallarımızı cavabsız qoydular.

Təhsil eksperti Şahlar Əsgərov AZXEBER.COM-a açıqlamasında Təhsil nazirliyinin başlatdığı bu yoxlamaların məqsədəuyğun olduğunu deyib:

“Əslində kolleclərin fəaliyyəti daha çox diqqətdə saxlanılmalıdır. Ölkədə bu qədər təhsil kolleci var və ictimiayyətin əksəriyyəti onların fəaliyyətindən xəbərsizdir. Təhsildə rüşvət hallarının olmaması üçün bu cür yoxlamaların aparılmasını məqsədəuyğundu.

Mövzuya yenidən qayıdacağıq.

Facebook Şərhləndirmə:

“Sumqayıt Dövlət Texniki Kolleci bağlanacaq?” yazısına bir cavab

  1. lale deyir:

    agdas dovlet humanitar kollecini de yoxlasa TQDK ela olar.

Şərhinizi yazın