Menu
Geri İrəli

Sumqayıtlılar kimi favorit görür?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2010 • Baxış sayı: 432 dəfə • 2 şərh

367294Daha 5 gün keçəcək və futbol üzrə növbəti, 19-cu Dünya Çempionatı start götürəcək. Məlum məsələdir ki, sözügedən turnir planetin 7-dən 77-yə hər bir insanın ürəyində müəyyən coşqu yaratmaqdadır. Elə Dünya çempionatı yaxınlaşdıqca proqnoz verənlərin, mübahisə edənlərin sayının artmasını da məhz bu amillə əlaqələndirmək olar. Şübhəsiz ki, Cənubi Afrika Respublikasında düzənlənəcək mundialla bağlı şəhərimzizin sakinlərinin də öz fikirləri var. Şəhərimizin sakinlərinin hansı komandaya azarkeşlik etdiyini və kimi favorit saydığını bilmək üçün şəhər əhalisi arasında kiçik bir sorğu keçirdik. Maraqlı olacağını nəzərə alıb, nəticələri diqqətinizə təqdim edirik.

Zöhrab Hüseynov:

- Mən Dünya Çempionatında baxımlı futbol göstərən komandaya azarkeşlik edəcəm. Çempionun hansı komanda olacağı barədə fikirlərimə gəlincə, məncə, çempionu bukmeker kontorları müəyyən edəcək.

Habil Quluyev:

- Sözügedən turnirdə İtaliya yığma komandasına azarkeşlik edəcəm. Mənə elə gəlir ki, elə tərəfdarı olduğum komanda da qələbəyə daha yaxındır.

Tofiq Hacıyev:

- Futbolla maraqlanıram və Dünya Çempionatını da izləyəcəm. İspaniya komandasının azarkeşiyəm. Amma turnirin favoritləri sırasında İspaniyanı görmürüəm. Məncə, çempionluğa İngiltərə, Almaniya və Braziliya daha yaxındır.

Ziyəddin Məmmədov:

- Dünya Çempionatında Braziliya komandasına azarkeşlik edəcəm. Qarşıdan gələn turnirin favoriti də məhz Pelenin həmvətənləridir, məncə.

Bayram Ahmet (Türkiyə vətəndaşı):

- Mən İspaniya milli komandasının oyununu bəyənirəm. Bu üzdən də çempionatda məhz son Avropa çempionunun oyununu maraqla izləyəcəm. Fikrimcə, azarkeşi olduğum milli komanda, yəni İspaniya çempion olacaq.

Pohmand Nabiullah (Əfqanıstan vətəndaşı):

- Mundialda hər zaman olduğu kimi, Argentina yığmasının uğur qazanmasını arzulayıram. Çünki bu komandanın azarkeşiyəm. Favoritlərə gəlincə, favorit qismində də məhz Argentinanı görürüəm.

Elvin Məhərrəmov:

- Futbola hədsiz marağım var. Azarkeşi olduğum milli komanda bütün Dünya çempionatlarında iştirak etmiş Braziliyadır. Mundialın favoriti də məhz Braziliyanı sayıram.

Fərid Yusifli:

- Dünya birinciliyində İspaniyaya azarkeşlik edəcəm. Kimin çempionluğa daha yaxın olmasına gəlincə, məncə, buna Braziliya daha yaxındır.

Elşən Azadlı:

- Turnirdə azarkeşi olduğum komanda yoxdu. Mən Türkiyə milli komandasının tərəfadarıyam. Bildiyiniz kimi, sözügedən komanda mundialın iştirakçıları arasında deyil. Favorit komanda isə Hollandiyadır, fikrimcə.

Vaqif Eminov:

- Futbolla maraqlanan insanlardanam. Qarşıdakı mundialı da izləyəcəm. Qaldı, azarkeşlik etdiyim yığmaya, bu, Braziliyadır. Elə favoritlər arasında da Braziliyanı görürəm. Bundan başqa, Argentinanı da şanslı sayıram.

Cəlil Əliyev:

- Ən çox xoşuma gələn oyunçu Didye Droqbadır. Dolayısıyla da onun formasını geydiyi Kot-Diviur yığmasına azarkeşlik edəcəm. Dünya Çempionatının qalibi adına ən real namizəd isə Braziliyadır. Məncə, Cənubi Amerikalılar qarşısıalınmazdır.

Namiq Əliyev:

- Mənim sevimli komandam İngiltərədir. İstərdim ki, Dünya çempionatında məhz ingilislər qalib olsun. Amma məncə, İspaniya və Argentina uğura daha yaxındır.

İradə Əlverdiyeva:

- İlk növbədə öz milli komandamızın azarkeşiyəm. Amma biz bu turnirə qatıla bilmədiyimizdən Türkiyəni dəstəkləyərdim. Gəl ki, onlar da mundialda iştirak etmir. Sözügedən komandalar çempionata qatıla bilmədiyindən heç olmasa Ukranyaya azarkeşlik edərdim. O ki, qaldı favorit saydığım komandaya bu, Portuqaliyadır.

Güləli Mehrəliyev:

- Futbolu maraqla izləyənlərdənəm. Qarşıdan gələn mundialı da səbirsizliklə gözləyirəm. Azarkeşi olduğum komanda İspaniyadır. Favoritlər sırasında da məhz İspaniyanın adını çəkə bilərəm.

Seymur Mustafayev:

- Mundialda iştirak edən komandalardan Braziliyanın oyunundan xüsusi zövq alıram. Komandaların çempionluq şanslarına gəlincə, azarkeşi olduğum Braziliyanı favorit hesab edirəm.

Tünzalə Əliyeva:

- Dünya Çempionatını izləyəcəm. Amma Türkiyə turnirdə olmadığından mənim üçün nisbətən maraqsız keçəcək. Çempionluq yarışında isə Hollandiyanı daha şanslı sayıram.

Təqdim etdi: Tural Məmmədov, 168 saat

Facebook Şərhləndirmə:

“Sumqayıtlılar kimi favorit görür?” yazısına 2 cavab

  1. Navai deyir:

    AlMANIYA CEMPION OLACAQ…………..

  2. Rufat deyir:

    İngiltərə çempion olacaq

Şərhinizi yazın