Menu
Geri İrəli

Rusiyada yarım ton Azərbaycan şokoladı məhv ediləcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Avqust 2015 • Baxış sayı: 417 dəfə • Şərh yoxdur

shokoYük qanunsuz elan edilib.

Perm vilayətində (Rusiya) dövlət əmlakını idarə üzrə federal agentliyin ərazi idarəsi kontrafakt malların məhv edilməsi üzrə hərrac elan edib.

Qalib ümumi çəkisi 4 ton olan ərzaq məhv etməlidir.

“V kurse.ru”ya məlum olduğu kimi, məhv ediləcək malın əsas hissəsi 500 kq-dan ibarət xarici istehsalata mənsub şokoladlardır. Oxu.Az xəbər verir ki, məhv ediləcək şirniyyat idarənin anbarında saxlanılır.

Şokolad Azərbaycanda istehsal edilib.

2014-cü ilin sonunda oradan Permə idxal edilib. Amma yükü qanunsuz elan ediblər, belə ki, şokoladın kağızı və dizaynı məşhur Avropa brendinə bənzərdir.

2015-ci ilin aprelində Perm vilayətinin arbitraj məhkəməsi müəllif hüquqlarının pozulmasını qərara alaraq yarım ton şokoladı müsadirə ediblər. Konfetlər məhv ediləcək.

Məhv edilməsi labüd olan malların siyahısına kontrafakt geyim və ayaqqabılar da düşüb.

Şokolad konfetlərindən başqa idarə uşaqlar üçün 20 min rəsm lövhələrinin məhv edilməsi üzrə tender hazırlayır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın