Menu
Geri İrəli

Ərəb şeyxinin Azərbaycanda 2 evi var

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2015 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur

12076379_1203399323023067_805088779_o

18 milyardlıq sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən Hamdan bin Muhammed bin Rasid el Maktoum yenidən Azərbaycana səfərə gəlib.

Şahzadə və onunla birlikdə ölkəmizə gələn qonaqlar Hacıqabul rayonunun Qarasu kəndində məskən salıb.

Qarasu kənd bələdiyyəsinin sədri Mirəyyub Babayev AzVision.az-a açıqlamasında ərəb milyarderin ölkəmizə gəlməsi xəbərini təsdiqləyib.

Bildirib ki, Muhammed bin Rasid el Maktoum bir həftə bundan öncə Hacıqabul rayonunda olub.
“Onlar keçən il də kəndimizə gəlmişdilər. Qonaqların səfərləri dövlət səviyyəsində təşkil olunub. Onlar özləri ilə quşlar gətiriblər. Həmin quşları uçurdular, ancaq ov etmirlər. Bundan əlavə şahzadə özü ilə vəhşi göyərçinlər də gətirib. Qeyd edim ki, xüsusi xidmət maşınları qonaqlara keşik çəkir”.

Bələdiyyə sədrinin sözlərinə görə, ərəb şahzadənin kənd camaatı ilə yaxşı münasibəti var.

“Ərəb qonaqların kənd sakinləri ilə münasibəti yaxşıdır. Kəndin gəncləri pul müqabilində onların maşınlarını yuyur, yemək bişirirlər”.

Qarasu kənd İcra nümayəndəsi Mehman Quliyev AzVision.az-a açıqlamasında ərəb şahzadə ilə şəxsən görüşdüyünü deyib.

Onun sözlərinə görə, Hacıqabula istirahət etmək üçün gələn şahzadə gözlənilmədən bir gündən sonra ölkəsinə geri qayıdıb.

“Mən ərəb qonaqlara baş çəkdim. Onlar yaradılan şəraitdən razıdırlar. Qonaqlar kənddə özləri üçün alaçıqlar qurublar. Onların kənddə iki böyük evləri var. Həmçinin qonaqlar üçün konteynerlər də qurulub. Onlar alaçıqlarda televizorlara baxırlar. Alaçıqlara telefon xətləri də çəkmişik. İnternetlə təchiz olunub. Qonaqlar həmçinin quş uçurdub, təlim məşqlərinə tamaşa edirlər”.

M.Quliyev qardaşı ölən şahzadənin əhvalının yaxşı olduğunu bildirib: “Qardaşı rəhmətə gedən şahzadə də kəndə gəlmişdi. Mən onun vəziyyətini soruşdum. Şahzadə tərcüməçisi Şöhrət müəllimə bildirdi ki, indi özünü normal hiss edir. O, qardaş itkisinin çox ağır olduğunu da söylədi. Qarasu kəndinin uşaqları ərəblərə kömək edirlər. Onların bəziləri quşa baxır, bəziləri isə təmizlik işləri ilə məşğul olurlar”.

Sakinlərin bildirdiyinə görə, şahzadə Hacıqabul rayonunda helikopterlə gəlibmiş: “Şahzadə bir gün qaldı, sonra nəsə oldusa geri qayıtdı. O, kəndimizin uşaqlarına yaxınlaşıb onlarla söhbət edirdi. Hazırda o, Dubaydadır. Amma onunla gələn qonaqlar isə kəndimizdədirlər”.

Qeyd edək ki, 18 milyardlıq Hamdan bin Muhammed bin Rasid el Maktoum və qonaqları Hacıqabula gəlməzdən öncə Bakıda Fairmont Baku, Flame Towers otelinin ən lüks nömrəsində gecələyiblər.

Xatırladaq ki, şahzadənin böyük qardaşı Rəşid bin Məhəmməd Əl Maktoum sentyabrın 19-da dünyasını dəyişib.

12067317-1030836236950218-223768538-n 12076379-1203399323023067-805088779-o 12043991-1203399449689721-118204090-o 12059143_1203399229689743_498849249_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın