Menu
Geri İrəli

Fransa tarixi səhvindən döndü: “erməni soyqırımı”na dair qanun ləğv edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2017 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur

85b49b807fe7a539c9df149216706590Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən “bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımlı olmadığı vurğulanıb.

Advertising Loading…

“Bu qanun, işləndiyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda, qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir”, – deyə qərarda bildirilir.

Qanunun ötən ilin oktyabrında Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub.

Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun, yekun qərarın qəbul olunması üçün, Konstitusiya Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, adıçəkilən qanunda uydurma “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın