Menu
Geri İrəli

Güllələnərək öldürülən aparıcının həyat yoldaşından ÜRƏK DAĞLAYAN SÖZLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 855 dəfə • Şərh yoxdur
Share Button

8430528Bazar günü hotel nömrəsində keçmiş sevgilisi Filiz Aker tərəfindən güllələnərək öldürülən aparıcı Vatan Şaşmazın həyat yoldaşı Jasmin Adalı açıqlama verib.

Publika.az “Posta”ya istinadən xəbər aparıcının 5 aylıq hamilə olan həyat yoldaşının açıqlamasını təqdim edir:

“Xarakteri, üzügülərliyi, insanpərvərliyi, xoşxasiyyətliliyi heç vaxt dəyişməyən sevgili həyat yoldaşımı, körpəmin atasını bütün Türkiyənin və hamınızın çox sevdiyini bilirəm. Vatan Şaşmazın ölümündən sonra bir çoxunuzun məndən açıqlama gözlədiyini də başa düşürəm.

Lakin istər məsələnin həssaslığı, istər yaşadığım izaholunmaz acı və hiss etdiklərim mənə danışmağa imkan vermir, bu haqda deməyə sözüm yoxdur. Yalnız onu deyə bilərəm ki, ən dəyərli varlığım, həyat yoldaşım Vatan hər zaman qəlbimdə və hər zaman bizimlə olacaq.

Əvvəla hamınıza cənazə ərzində ailəmizə göstərdiyiniz anlayışdan dolayı çox təşəkkür edirəm. Bundan sonrakı dövrdə də başda doğulacaq uşağımızın xətrinə, sonra mən, ailəm, Safiyə anam və Vatanın xatirəsinə göstərdiyiniz hörmət və sevginin davam etməsini arzulayıram.

Bu mövzuda yayılan xəbərlərlə bağlı lazımi həssaslığın göstərilməsini və mövqeyinizi davam etdirməyiniz, əsassız xəbərlərə dedi-qodulara ciddi yanaşmanız bu çətin dövrdə də bizə verə ən böyük dəstək olacaq”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın