Menu
Geri İrəli

Səmərqənddə Özbəkistan prezidentinin dəfninə hazırlıq işləri görülür – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2016 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

islam kerimov2Özbəkistanda ölkə prezidenti İslam Kərimovun dəfninə hazırlıq işləri gedir.

Oxu.Az xəbər verir ki, bu barədə yerli “Fergananews” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Səmərqənd şəhərində özbək liderinin dəfninə hazırlıq görülür. Prezidentin vəfat etməsi bu gün elan olunacaq, dəfn mərasimi isə ayın 3-də keçiriləcək.

“Azadlıq” radiostansiyası ölkənin baş naziri Şövkət Mirziyayevin artıq Səmərqəndə getdiyini xəbər verib.

Xatırladaq ki, rəsmi Daşkənd dövlət başçısının öldüyünə dair xəbəri təkzib edir. Həmçinin dünya liderləri bu yaxında Özbəkistanın Müstəqillik Günü münasibəti ilə İslam Kərimovu təbrik ediblər.

 

N.O.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın