Menu
Geri İrəli

Sərkisyanın generalları qovmasının – Səbəbi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2016 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur

sarksiyanÇox güman ki, erməni prezident həmin generallara ordu ilə bağlı müəyyən bir tapşırıq verib. Generallar isə həmin əmri yerinə yetirə bilməyəcəklərini və bunun mümkünsüzlüyünü deyiblər. 

 Axar.az xəbər verir ki, bunu ANS-ə Ermənistan Prezidenti Serj Sərkisyanın generalları ordudan qovmasının səbəblərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

 General Aydəmirov bildirib ki, Ermənistan prezidentinin belə bir addım atmasına səbəb onun həmin generalların qarşısına qoyduğu tapşırığın qovulan şəxslər tərəfindən icra edilə bilməməsi ilə bağlıdır.

 General-leytenantın sözlərinə görə, işdən azad edilən hərbçilərin Sərkisyanın əmrinə qarşı çıxmalarının səbəbi ordudakı real vəziyyətdir. “Həmin generallar isə orduda olduqları üçün real vəziyyətdə Sərkisyanın tapşırığının qeyri-mümkünlüyünü bilirlər və bunu da ona məruzə ediblər. Bu isə erməni prezidentin xoşuna gəlməyib”.

 Y.Aydəmirov hesab edir ki, Sərkisyan bundan sonra ona sadiq və dediyini yerinə yetirən kadrları iş başına gətirmək istəyir: “Lakin onun bu islahatları da uzunmüddətli olmayacaq. Çünki orduya gələcək şəxslər də Ermənistan ordusundakı bərbad vəziyyəti görüb Serjə məruzə edəcəklər, o da yenə həmin addımı atacaq”.

 “Qarabağda müharibə istənilən an başlaya bilər”

 General-leytenant Ermənistan prezidentinin müharibə çağırışları etməsinin səbəblərini də açıqlayıb: “Yəqin ki, Sərkisyan bir-iki topu, tüfəngi görərək öz güclərinə arxayın ola biləcəyini düşünür. Ancaq onun cəbbəxanasında olan silahlar Azərbaycan ordusu ilə bacarmaq qüdrətində deyil. Cəbhədə Dördgünlük müharibə zamanı ordumuzun qarşı tərəfə endirdiyi o qədər də böyük olmayan zərbələr nəticəsində, qarşı tərəfdə böyük həyəcan yarandı. Əgər ordumuz daha böyük zərbə endirsə, onların halı necə olacaq?”

 Y.Aydəmirov onu da əlavə edib ki, ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması da elə Sərkisyanın fikridir. Belə ki, o, bununla azərbaycanlı sakinlərdə həyəcan yaratmaq, qarşı tərəfin vətəndaşlarını isə sakitləşdirmək istəyir.

 Qeyd edək ki, bu gün Serj Sərkisyan bir neçə yüksək rütbəli hərbçini işdən qovub. Onun əmri ilə Ermənistanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb.

 İşdən qovulanlar arasında Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arşak Karapetyan, Rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi general-mayor Komitas Muradyan da var.

 Bu tədbirlərin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun uğursuzluqları ilə bağlı olduğuna heç bir şübhə yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın