Menu
Geri İrəli

Ehtiyatlı olun, bu SMS-ə əsla aldanmayın – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2015 • Baxış sayı: 656 dəfə • Şərh yoxdur

Ehtiyatlı olun, bu SMS-ə əsla aldanmayın - FOTO
Bakıda yeni, çox primitiv şüurlu telefon fırıldaqçıları peyda olub.

Milli.Az bildirir ki, onlardan biri əməkdaşımızın mobil telefonuna SMS yollayaraq guya onun hesabına 50 manat köçürdüyünü bildirib.
Bu gün 17.33-də əməkdaşımızın mobil telefonuna gəlmiş SMS-də yazılmışdı:
“Azercell@ (Azercell) Hormetli Abonent 507328984 nomreli abonent sizin balansınıza 50 AZN yuklemisdir. Tesekkur edirik”.
Əməkdaşımız Azərcell-ə zəng vuraraq, balansını yoxlatdıqda 50 manatlıq köçürmənin olmadığı aşkarlanıb.
“50 manat köçürən” şəxs özünü Mahir kimi təqdim etdi və ya guya həyat yoldaşının mobil telefon hesabına 50 manat köçürmək istədiyini, amma “nömrəni səhv yığdığını” bildirdi.
Az sonra o, fırıldağının üstünün açıldığını anlayanda isə danışığı yarımçıq qoyub telefonu söndürdü.
Hüquq-mühafizə orqanlarının “Mahir”in kimliyini müəyyənləşdirəcəyinə ümid edirik.

Orxan Hun
Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın