Menu
Geri İrəli

Sumqayıtda problem içində yaşayan ailələr-FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2012 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur
Share Button

Bu günlərdə www.eurasianet.org saytının arxivində Sumqayıtla bağlı şəkillərə rast gəldim. Reportaj Sumqayıt şəhərində ağır şəraitdə yaşayan insanların həyatından bəhs edir. Fotoqraf və quruluşçu rəssam Rəna Əfəndinin çəkdiyi şəkillərdəki insanların üz cizgilərinə baxdıqda onların nə qədər ağır bir həyat yaşamaqları açıq-aşkar hiss olunur.

Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi “Fifty Crows” Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda “İlin fotorəssamı” mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, “Oqonek”, “Ekspert” i “Bolşoy Qorod” jurnallarında dərc edilib. Rəna Əffəndi Photographer.ru qalereyasının müəllifi Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Fidan Məmmədova, sumqayitxeber.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın