Menu
Geri İrəli

3 qardaşa 48 il həbs

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2015 • Baxış sayı: 498 dəfə • Şərh yoxdur
Share Button

Mehkeme-cekic1Hakimlər kollegiyasının hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz, Cahid Qədəşovlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, keçən prosesdə dövlət itithamçısı çıxış edərək, məhkəmədəb Nahid və Əzizə 20il, Cahid isə 10il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2014-cü ilin avqustunda qardaşların bacısı gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlib. Buna görə də 3 qardaş məsələni aydınlaşdırmaq üçün dayısıgilə gediblər. Ora çatandan sonra Nahid Qədəşov dayısından arvadını çağırmasını istəyib. Dayısı T.Abdullayev isə niyə arvadını soruşduğunu deyib. Nahidin “duza qoyacağam” cavabı davaya səbəb olub. Dayı bacısıoğluna bir sillə vurub. Bundan sonra isə Nahid dayısını və onun oğlu Rəhmanı bıçaqlayıb. Sonradan səs-küyə gələn dayısı arvadı Ülkər Abdullayeva da 9 bıçaq zərbəsi vurub. Ü.Abdullayeva hadisə yerində ölüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın