Menu
Geri İrəli

Ay tutulması baş verdi

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 15 Aprel 2014 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur

img1208606

Dünya bu gün “qanlı ay tutulması” olaraq adlandırılan astronomiya hadisəsinə şahidlik edir.

sumqayitxeber.com  ANS PRESS-ə istinadən verdiyi məlumata görə, tutulma yerli vaxtla 09:53-də ayın dünyanın kölgəsinə girməsi ilə başlayıb. Peykin tam olaraq dünyanın kölgəsinə girməsi ilə birlikdə də “qanlı ay tutulması” olaraq adlandırılan astronomiya hadisəsi yaşanıb.

Tutulma yalnız Şimali və Cənubi Amerika qitələrindən izlənilə bilir. Tarixi an həm NASA-nın rəsmi internet saytıdan, həm də dünya televiziyalarından canlı yayımlanır. Tutulmanın müddəti yerli vaxtla 15:37-də sona çatacaq.

ABŞ-ın Aerokosmik tədqiqatlər təşkilatı (NASA) verilən məlumata görə, bu gün görülən “qanlı ay tutulması” sonuncusu 28 sentyabr 2015-ci ildə yaşanacaq olan və “Tetrad” olaraq da bilinən dörd tutulmadan ilkidir. Bu cür tutulmanın 4 dəfə olması son 500 ildə yalnız üç dəfə mümkün olub.

Daha əvvəlki tutulmalar 1492, 1949 və 1967-ci illərdə baş verib.

62562

 

e3aebb187c55

Facebook Şərhləndirmə:

Şərhinizi yazın