Menu
Geri İrəli

Azərbaycanda buzlu yolda ağır qəza: ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2015 • Baxış sayı: 535 dəfə • Şərh yoxdur

olum das karxanasiBu gün səhər saatlarında Qusar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya federasiyası yolunun Qusar rayonun Atlıxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Ağamalıyev Qərim Kamran oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan sərnişin, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Süleymanova Tahirə Yusif qızı dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

İlkin olaraq hadisəyə səbəb kimi yolu buzlu olması göstərilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın