Menu
Geri İrəli

Azərbaycanın yüksək vəzifəli məmurunun oğlu qəzaya düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

20150202_S6140063

“Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğlu Ukraynada ağır yol qəzasına düşüb.

Dünən Kiyev şəhərinin Borispol prospektində ölümlə nəticələnən qəza baş verib. M. Məmmədovun Ukraynada təhsil alan 20 yaşlı oğlu Araz Məmmədovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Daha sonra maşın alışmağa başlayıb. Avtomobildə M. Məmmədovun oğlundan başqa baldızı qızı da olub. Hadisə nəticəsində qız dünyasını dəyişib. Oğlanın vəziyyətinin isə ağır olduğu bildirilir.

Artıq valideynləri və yaxınları Ukraynaya yola düşüblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın