Menu
Geri İrəli

Azərbaycanlı jurnalistdən külli miqdarda narkotik tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2015 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

narkotikle tutulduCəlilabad rayonunda polisə külli miqdarda narkotik maddə olması barədə məlumat daxil olub.

Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, daxil olan məlumata əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçiblər.

Məlumata əsasən polisin keçirdiyi əməliyyat zamanı 1993-cü il təvəllüdlü Xanış Əli oğlu Qasımov və 1978-ci il təvəllüdlü Səbuhi Allahyar oğlu Ağalarov saxlanılıb.

Onlardan ümumi çəkisi 4 kiloqram 70 qram narkotik maddə tapılıb. Tapılan narkotik içərisində 2 kq.135 qram heroin, 1 kq. 30 qram tiryək, 805 qram marixuana olub.

Araşdırmalar zamanı məlum olub ki, Səbuhi Ağalarov “Dedektivpress” qazetinin şöbə müdiridir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın