Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub, yaralılar var

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur
Share Button
Bakı-Sumqayıt yolunun 12 kilometrliyində 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, magistral yolun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində “50 AA 824″ dövlət nömrə nişanlı “Hyundai Accent”lə “90 NX 475″ nömrəli “VAZ 2115″ və “90 EO 301″ nömrəli  ”Nissan Xtrail” markalı maşınlar toqquşub.
Hadisə nəticəsində “Hyundai Accent”in sürücüsü 37 yaşlı İbrahim Məmmədov və sərnişini xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Yaralılar ətrafdakıların köməyi ilə, 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib. Araşdırmalar nəticəsində məlum olub ki, qəzaya  ”90 NX 475″ nömrəli “VAZ 2115″ avtomobilin sürücüsü Rafiq Qasımov səbəb olub. 2 nəfərin xəsarət alması ilə nəticələnən qəzanın səbəbkarı hadisə yerindən qaçıb.
Qeyd edək ki, qəza ilə bağlı Bakı-Sumqayıt yolunda uzun tıxac meydana gəlib. Qəzada iştirak edən avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra  əraziyə gələn yol patrul xidmətinin əməkdaşları  magistral yolu açaraq nəqliyyatın normal hərəkətini təmin ediblər. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.
qeza03 qeza-3 qeza-4 qeza23
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın