Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda ağır qəza – Ata və oğul ölüb + Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2017 • Baxış sayı: 1,690 dəfə • 1 şərh
Share Button

qeza3jpg-8-06-07-50Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

sumqayitxeber.com “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan Qazel markalı avtomobil MAN markalı qoşqulu yük avtomobilinə arxa hissədən zərbə ilə dəyib. Nəticədə Qazelin sürücüsü və yanındakı sərnişin dünyasını dəyişib.

Qazel zərbədən sonra deformasiyaya uğradığından həlak olanların cəsədləri FHN-nin xüsusi riskli xilasetmə xidməti əməkdaşları tərəfindən maşından çıxarılıb.

Artıq qəza zamanı həyatını itirmiş şəxslərin kimliyi məlum olub.

1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,

1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu

Faktla bağlı araşdırma aparılır.




Facebook Şərhləndirmə:
Share Button

“Bakı-Sumqayıt yolunda ağır qəza – Ata və oğul ölüb + Foto” yazısına bir cavab

  1. niko deyir:

    vay vay dehwet.Allah rehmet elesin.Allah yoldawina anasina sebr versin boyuk derddi.Ay alllah

Şərhinizi yazın