Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: “AzSamand” yük maşınına çırpıldı, 2 nəfər öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2015 • Baxış sayı: 1,187 dəfə • Şərh yoxdur

verilişlər-bölməsi.Still001-1024x576Bu gün saat 16.15 radələrində Bakı-Sumqayıt yolunda ağır avtomobil qəzası olub. Paytaxt istiqamətində hərəkətdə olan “AzSamand” markalı, Az 99 AG 221 dövlət nömrə nişanlı minik maşını arxadan yolda dayanmış “BMC” markalı yük maşınına çırpılıb.

“A24.az”ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Xırdalan qəbirıstanlığının yaxınlığında baş verən qəzada “AzSamand”ın sürücüsü və bir sərnişini hadisə yerindəcə keçinib.

Hadisə zamanı, həmçinin, Az 90 AJ 881 dövlət nömrə nişanlı mink maşını yüngül zədə alıb.

Hazırda Abşeron Rayon Yol Polisi əməkdaşları hadisə yerindədir. Araşdırmalar aparılır.

Onu da qeyd edək ki, qəza ilə bağlı Sumqayıtdan Bakı istiqamətinə tıxac yaranıb

Facebook Şərhləndirmə:

Şərhinizi yazın