Menu
Geri İrəli

Bakıda ər polisə üz tutdu: arvadım məni döyür

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

doymek dava

41 yaşlı kişi kömək istəyir.

 

Bakıda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmış kişi polisə müraciət edib.

 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinə müraciət edən Türkiyə Respublikası vətəndaşı, 1973-cü il təvəllüdlü Yunus Şimşək Mehmet oğlu bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Mübariz qızı onu döyüb, üzünü dırnaqları ilə cırıb.

 

41 yaşlı kişi polisdən arvadını cəzalandırmasını xahiş edib.

 

Araşdırmalar nəticəsində məlum olub ki, Xətai rayonu 2944-cü məhəllə, ev 183 ünvanında yaşayan şikayətçi həyat yoldaşından bir müddət əvvəl məhkəmə yolu ilə rəsmən boşanıb. Lakin məhkəmə qadının mülkiyyət hüququnu nəzərə alaraq 25 yaşlı S.Əliyevanın həmin evdə yaşamasına qərar verib və bundan sonra cütlük birgə yaşamağa davam edib.

 

Hazırda müraciət əsasında araşdırmalar davam etdirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın