Menu
Geri İrəli

Bakıda meyiti tapılan qızı anası öldürübmüş

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2015 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

deniz33Qızın anası tərəfindən atıldığı məlum olub

Bakıda meyiti tapılan körpə qızın anası tərəfindən öldürüldüyü məlum olub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Məmmədova aprelin 15-də övladı, 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanı boğaraq dənizə atıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

G. Məmmədova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın