Menu
Geri İrəli

Bakıda qəza törədən transseksual evində öldürülüb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2015 • Baxış sayı: 663 dəfə • Şərh yoxdur

İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb.

Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə – Səid Rüstəmov 26 ünvanında kütləvi dava olub.

Oxu.Az-ın Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində Şabran şəhər sakini, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı bıçaqla qətlə yetirlib. İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb.

Dava zamanı hadisə yerində olan digər iki nəfər yüngül yaralanıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin şəxsiyyəti araşdırılır. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın