Menu
Geri İrəli

Dəhşətli görüntülər: Yolun sonu, ömrün sonu – VİDEO

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 20 May 2014 • Baxış sayı: 820 dəfə • Şərh yoxdur

Bakıda 4 ay ərzində baş verən yol qəzaları nəticəsində 39 piyada ölüb.

Paytaxtda piyadaların vurulması ilə bağlı dəhşətli yol qəzalarının görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, görüntüləri aparıcı Tural Yusifov sosial şəbəkələrdə yayıb.

Videoda piyadaların vurulması ilə bağlı dəhşətli yol qəzalarının əksəriyyətinin onların öz günahları ucbatından baş verməsi yer alıb: yolu nəzərdə tutulmamış yerlərdən keçən, təhlükəsizlik qaydalarını unudub həyatlarını riskə atan piyadalar.

Qeyd edək ki, bu ilin təkcə birinci rübü ərzində ölkə üzrə piyadaların vurulması ilə bağlı baş vermiş yol qəza hadisələri nəticəsində 86 nəfər ölüb, 152 nəfər isə xəsarət alıb. Paytaxt Bakıda isə bu ilin 4 ayı ərzində baş verən 169 yol qəzası nəticəsində 39 piyada ölüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın