Menu
Geri İrəli

Dələduzluqda təqsirləndirilən şəxs barədə hökmdən prokurorun protesti təmin edilib – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2016 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur
Share Button

mehkeme hakimSumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Oqtay Əlisgəndərovun barəsində olan hökmdən prokurorun verdiyi apellyasiya prostestinə baxılıb.

Vəkil Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, məhkəmə prokurorluğun protestini təmin edərək onun barəsində olan hökmü dəyişdirib.

Belə ki, O. Əlisgəndərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdiklərini deyib. Şikayət Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Şikayətə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən O. Əlisgəndərov Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 4 il sınaq müddəti olmaqla, 8 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun protestini təmin edib. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttiham aktına əsasən O. Əlisgəndərov Qəfər Məmmədov adlı şəxsi oğlu Anar Məmmədovu işə düzəldəcəyi adı ilə aldadaraq ondan 4 min manat pul alıb. Daha sonra o, həmin pulu zərərçəkmiş şəxsə qaytarıb. O. Əlisgəndərov Ali Məhkəmənin hakimi Ramiz Rzayevə məktubla müraciət edib. O, məktubunda qeyd edib ki, ləğv edilmiş MTN əməkdaşları onun telefon danışıqlarına qanunsuz olaraq qulaq asıblar və pulu qaytardıqdan sonra zərərçəkmiş Q. Məmmədova şikayət etməsi üçün təzyiq göstəriblər. Bundan sonra Q. Məmmədov ondan şikayət edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın