Menu
Geri İrəli

DOĞUŞ FACİƏSİ davam edir: ana-uşaq öldü

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 23 May 2014 • Baxış sayı: 444 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda növbəti dəfə ana və uşaq ölümü baş verib
66bf0f93b16fec273a10746b115a3ab6

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba Regional Perinatal Mərkəzində qeydə alınıb.Quba rayonunun Nügədi kənd sakini, Qızxanım Qayıbova mayın 21-də doğuş üçün mərkəzə yerləşdirilib. Qaynanası Dilgər Qayıbovanın sözlərinə görə, həkimlər ona uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini deyiblər: “Bunun üçün hətta bizdən pul da alıblar”.D.Qayıbovanın sözlərinə görə, 3 gün öncə gəlininə əməliyyatdan öncə iynə vurulub. İynədən sonra uşaq ana bətnində ölüb. Bir az sonra isə vəziyyəti ağırlaşan ananın da həyatını xilas etmək mümkün olmayıb. Yaxınları ananın və uşağın ölümünə görə, həkimləri günahlandırır.Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın