Menu
Geri İrəli

Gənc ana iki azyaşlı övladı ilə birlikdə intihara cəhd etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 214 dəfə • Şərh yoxdur

41ecfcc9e243271e6d4fcf57d5a82bdfMingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib.

Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.

Qadını dilə tumaq cəhdi baş tutmayıb. Mənzilin qapısını sındıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar etmək istəyən qadını və uşaqları son anda ölümdən qurtarıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın