Menu
Geri İrəli

“İnterpol”un axtardığı sumqayıtlı muzdlu qatil həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 493 dəfə • Şərh yoxdur
Share Button
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan şəxs Qazaxıstanda həbs edilib.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişli qətl törətməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.
Daxili İşlər Nazirliyinin və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın